Vyetnam müharibə zamanı ölən hərbçilərin meyitlərinin qalıqlarını ABŞ-a verib
Gündəm
13:55 15 dek, 2021
Bununla bağlı Vyetnamın Dananqe şəhərində təntənəli mərasim keçirilib
Vyetnam iki hərbçinin meyitinin qalıqlarını ABŞ-a təhvil verib.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Vyetnamın Dananqe şəhərində təntənəli mərasim keçirilib.
Bildirilib ki, bu, ABŞ-a təhvil verilən 157 hərbçisinin meyitinin qalıqlarıdır.
Xatırladaq ki, ABŞ-Vyetnam müharibəsi 1955-ci il noyabrın 1-də başlayıb, 1975-ci il aprelin 30-dək davam edib. Bu savaş 19 il, 5 ay, 4 həftə, 1 gün sürüb.