Bakı 14˚C Windy

“WhatsApp”da yeni dövr başlayır: İkiqat artacaq

Biznes 14:02 06 iyn, 2022

İkinci doğrulama kodu əlavə edilməklə “WhatsApp”da təhlükəsizlik artırılacaq

“WhatsApp”da yeni dövr başlayır: İkiqat artacaq

“WhatsApp”ın təhlükəsizlik mövzusunda nə qədər həssas olduğu məlumdur. Artıq bir sıra təhlükəsizlik xüsusiyyətlərinə sahib olan ani mesajlaşma tətbiqi təhlükəsizliyi ikiqat artırmaq üçün araşdırmaya başlayıb.

Qazet.az xəbər verir ki, ani mesajlaşma proqramı “WhatsApp”, təmin etdiyi təhlükəsizliyi iki qat artıracaq yeni bir araşdırma aparır.  Belə ki, ikinci doğrulama kodu əlavə edilməklə “WhatsApp”da təhlükəsizlik artırılacaq.

 “İkiqat doğrulama kodu” adlanan bu funksiyanın inkişafı üzərində iş aparılır.

Bəs bu proqram necə çalışacaq?

İlk doğrulama kodunu daxil etdiyiniz zaman sizdən telefonunuza ikinci 6 rəqəmli kodu daxil etməyiniz xahiş olunacaq.

“WhatsApp” bu kodu yenidən telefonunuza göndərəcək. Açılan pəncərə şəklində ikinci kod yığdıqdan sonra hesaba daxil ola biləcəksiz.

İkiqat doğrulama kodunun hamı üçün nə vaxt əlçatan olacağı hələki məlum deyil.