WhatsApp-dan çoxdan gözlənilən YENİLİK
Biznes
11:48 30 okt, 2021
WhatsApp-ın bir neçə cihazda işləməsini asanlaşdıran yeni funksiyalar işə salınacaq
Məşhur messencerlərdən olan WhatsApp-ın bir neçə cihazda işləməsini asanlaşdıran yeni funksiyalar işə salınacaq.
Qazet.az xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.
Yeni funksiyalardan biri WhatsApp istifadəçilərinə söhbətlərini daha yaxşı təşkil etməyə imkan verəcək. Beləliklə, bir cihaza əlavə edilmiş dialoqlar avtomatik olaraq digərlərinə də bağlanacaq.
Növbəti yenilik messencerin kompüter versiyasına aiddir. Belə ki, kompüterində WhatsApp quraşdırmış istifadəçilər məxfilik parametrlərini tənzimləyə biləcəklər. Qeyd edək ki, bu funksiya hazırda yalnız mobil versiyada mövcuddur.
Hazırda yenilənmə sınaqdan keçirilir.