Bakı 16˚C Partly sunny

"WhatsApp"–ın 2023-cü ildə yenilikləri

Maraqlı 14:03 10 yan, 2023
"WhatsApp"–ın 2023-cü ildə yenilikləri

2023-cü ildə "WhatsApp" bir neçə yeni funksiya işə salmağı planlaşdırır.

Qazet.az xəbər verir ki, bunlardan bəziləri artıq beta-istifadəçilər tərəfindən testdən keçirilir və tezliklə onlar hərkəs üçün əlçatan olacaq. Digərləri isə il ərzində işə düşəcək.

 "WhatsApp" "Android" cihazları arasında bir telefondan digər telefona çat tarixçələrini də göndərə biləcək funksiyanın da üzərində işləyir.Hazırda bu funksiyanı "Google Disk" vasitəsilə etmək mümkun olsa da, yeni funksiyada  əlavə bir şeyə ehtiyac qalmayacaq. Hazırda, WhatsApp istifadəçilərinə mesajlarda reaksiya göstərməyə icazə verir.Yeni funksiya statuslara da reaksiya gostərməyə də icazə verəcək.

Platforma həm də mesajları silərkən vacib mesajları saxlamaq funksiyasinı da təqdim edəcək. Çatın bütün üzvləri saxlanmış mesajları görə biləcəklər.

"WhatsApp" bir çox ölkələrdə dövlət senzurasına zidd olduğu üçün bloklanıb.  Bu səbəbdən onu "Google play" və "App Store"–dan yükləmək olmur. Amma, proqramı yaxınlarda proksi tətbiqi ilə həryerdə yükləmək olacaq.