“WhatsApp” onlayn mağazaya çevrilir
Maraqlı
09:28 30 avq, 2022
Hindistanda “WhatsApp” istifadəçiləri artıq proqramdan çıxmadan alış-veriş edə bilərlər.
Belə ki, messencer e-ticarət şirkəti “JioMart” ilə tərəfdaşlıq elan edib.
Ekspertlər bunu “WhatsApp”ın supertətbiq ambisiyalarının başlanğıcı adlandırıblar.
Onların fikrincə, messencerin sahibi onu “WeChat” kimi bir proqrama çevrmək istəyir. Orada həyat üçün lazım olan hər şeyi etmək mümkün olacaq: Ünsiyyət qurmaq, alış-veriş etmək, müxtəlif yerlərə baxmaq və s.