Bakı 6˚C Windy

"Whatsapp" silinən mesajları artıq geri qaytaracaq

Biznes 17:05 20 iyl, 2022

Bu yeniliyin qruplarda da tətbiq olunacaq

"Whatsapp" silinən mesajları artıq geri qaytaracaq

"Whatsapp" hər dəfə istifadəçilərinə yeni funksiyalar təqdim edərək digər sosial şəbəkələrlə rəqabət aparır.

Qazet.az xəbər verir ki, "WebTekno"da yer alan xəbərə görə, yaxın zamanda silinən mesajları geri qaytarmaq mümkün olacaq. Belə ki, istifadəçi hazırda yazdığı mesajı hər kəs üçün və ya sadəcə özü üçün silə bilirdi. Yeni funskiya ilə isə silinən mesajı geri qaytarmaq mümkün olacaq. Bu yeniliyin qruplarda da tətbiq olunacaq.

Lakin "hər kəsdən sil" düyməsi ilə silinən mesajların geri qaytarılıb-qaytarılmayacağı hələ ki dəqi bilinmir.