Bakı 14˚C Sunny

"WhatsApp"da yaranan PROBLEMİN səbəbi açıqlandı - SON DƏQİQƏ

Multimedia 11:51 25 okt, 2022
"WhatsApp"da yaranan PROBLEMİN səbəbi açıqlandı - SON DƏQİQƏ

"WhatsApp" sosial şəbəkə platformasında problemlər yaranıb.

Qazet.az xəbər verir ki, problemin yaranma səbəbi hələ ki məlum deyil. 

Yayılan məlumatlarda problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir. 

Sosial şəbəkəyə rəhbərlik edən "Meta" şirkətinin sözçüsü məsələyə belə açıqlama verib: "Bəzi insanların hazırda mesaj göndərməkdə çətinlik çəkdiyini bilirik və "WhatsApp"-ı hamı üçün mümkün qədər tez bərpa etməyə çalışırıq". (Business Today) 

Məsələ ilə bağlı 12 mindən çox insanın şikayət etdiyi vurğulanıb. (Sky News) Rəqəmlərin artacağı gözlənilir. 

"Meta" şirkəti "WhatsApp" sosial şəbəkəsində bu gün səhər saatlarında müşahidə olunan iki saatlıq fasilənin səbəbini açıqlaylb.

Açıqlamada bunun "Meta" şirkəti tərəfindən buraxılan texniki səhvlə bağlı olduğu bildirilib.