Bakı 3˚C Showers

"WhatsApp"da pullu xidmətlər olacaq

Maraqlı 08:47 13 okt, 2022
"WhatsApp"da pullu xidmətlər olacaq

"Köhnə versiyalarda olan bir boşluqla hakerlər smartfonun idarəsini ələ ala bilir".

Qazet.az-ın məlumatına görə, bu xəbərdarlıqla tanınmış texnobloger Fərid Pərdəşünas çıxış edib.

Onun sözlərinə görə, sizə bir video göndərilir və o video ilə bütün smartfonun idarəsi keçir qarşı tərəfə. Ümumiyyətlə, məşhur "Pegasus" hadisələrində də "WhatsApp"ın bu boşluğu gündəmdə idi.

İT mütəxəssisi deyib ki, "WhatsApp" son aylarda təhlükəsizliyi təmin edə bilmir: "Meta başını "metaverse" mözularından biraz açsa, istifadəçilərin təhlükəsizliyini də qoruyardı".

O, istifaçiləri təcili olaraq həm iOS-da, həm də Android-də "WhatsApp"ı yeniləməyi məsləhət görür.

F.Pərdəşünas  onu da vurğulatıb ki, "WhatsApp"da pullu xidmətlər olacaq.