Bakı 29˚C Intermittent clouds

"WhatsApp"dan daha bir yenilik: Artıq istifadəçilər öz "sticker"lərini yarada biləcəklər

Biznes 13:38 28 noy, 2021

Yeni funksiya tətbiqin beta versiyasında meydana çıxıb

"WhatsApp"dan daha bir yenilik: Artıq istifadəçilər öz "sticker"lərini yarada biləcəklər

"WhatsApp” messenceri istifadəçilərinə öz stikerlərini yaratmağa imkan verib. Yeni funksiya tətbiqin beta versiyasında meydana çıxıb və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Qazet.az xəbər verir ki, onun sayəsində istifadəçilər ixtiyarında olan bütün şəkillərdən stikerlər yarada biləcək. Hazırda bu funksiya yalnız fərdi kompüterlərdəki "WhatsApp” proqramlarında çalışır. Messencerdə şəkli fondan ayırmağa, kəsməyə və ya çevirməyə imkan verən tam formatlı redaktor tətbiq olunub.

Yeniliyin əvvəlcə Android istifadəçiləri, daha sonra isə iPhone sahibləri üçün əlçatan olacağı gözlənilir.