Bakı 9˚C Cloudy

"Whatsapp"dan istifadəçilərinə yeni funksiya

Biznes 09:55 18 iyl, 2022

Bu barədə məlumat "WABetaInfo" resursunun saytında yer alıb

"Whatsapp"dan istifadəçilərinə yeni funksiya

Vatsapın android üçün yeni beta versiyasında eyni vaxtda bir neçə çatda mesajların avtomatik silinməsini aktivləşdirməyə imkan verən funksiya istifadəyə veriləcək.

Qazet.az xəbər verir ki, bu barədə məlumat "WABetaInfo" resursunun saytında yer alıb.

Bildirilir ki, yeni funksiya ilə yazıların silindiyi vaxtı (24 saat, 7 gün və ya 90 gün), həmçinin yazışmaları seçməyə imkan verir.

Bununla yalnız müəyyən söhbət üçün vaxt təyin etmək, seçilmiş qaydanı bütün yeni söhbətlərə tətbiq etmək olar.

Beta versiyanın funksiyası artıq yaradılmış dialoqların parametrlərini dəyişməyə imkan verir.