"Whatsapp"dan YENİ FUNKSİYA
Cəmiyyət
08:40 01 dek, 2022
Whatsapp tərtibatçıları mütəmadi şəkildə messencerə yeni funksiyalar əlavə edirlər
Qazet.az-ın xəbərinə görə, indi isə məlum olub ki, Whatsappın beta test istifadəçiləri messencerin planşetlər üçün nəzərdə tutulmuş xüsusi versiyasını test etmək imkanını əldə ediblər. Messencer təmsilçiləri təsdiqləyiblər ki, onlar həqiqətən də Whatsapp-ın planşetlər üçün nəzərdə tutulmuş versiyası üzərində çalışırlar.
Messencer daxilində həmçinin Whatsapp-ın planşetlər üçün nəzərdə tutulmuş versiyası barəsində məlumatlandırıcı banner də yerləşdirilib.
Məlumatda qeyd edilib ki, məlumatlandırıcı banneri hal hazırda bəzi beta testçilər görə bilirlər. Gözləntilərə əsasən messencerin planşetlər üçün nəzərdə tutulmuş stabil versiyası yaxın zamanda təqdim olunacaq.