"Whatsapp"dan yenilik: Artıq onlayn olduğunuzu gizlədə bilərsiniz
Biznes
13:55 05 iyl, 2022
Bu funksiyanın yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır
"Whatsapp” istifaadəçilərin gözlədikləri funksiyaları təqdim etməyə davam edir.
Qazet.az xəbər verir ki, bundan sonra "Whatsapp” istifadə edənlər özlərinin onlayn olduqları barədə məlumatı hamıdan və ya yalnız müəyyən şəxslərdən gizlədə biləcəklər.
Hazırda istifadəçilər sonuncu dəfə aktiv olduqları barədə məlumatı gizlədə bilərlər, lakin onlayn olduqlarını göstərən məlumatın gizlədilməsi isə hələ ki, mümkün deyil.
Bu funksiyanın yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.