Bakı 15˚C Mostly cloudy

Xaçmazda 17 yaşlı gənc itkin düşüb - FOTO

Hadisə 15:02 18 noy, 2021

Famil Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur

Xaçmazda 17 yaşlı gənc itkin düşüb -<span style="color:red"> FOTO</span>

Xaçmazda 17 yaşlı gənc itkin düşüb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov sentyabr ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

F.Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman kurtkası və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.