Xaçmazda ata və oğul bıçaqlanıb
Hadisə
19:46 14 dek, 2021
1959-cu il təvəllüdlü Beykəs Süleymanov və 1988-ci il təvəllüdlü Kamran Süleymanov yaşadıqları evin həyətində bıçaqlanıblar
Xaçmazın İzmayılovka qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Qazet.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Beykəs Qədeşbala oğlu Süleymanov və 1988-ci il təvəllüdlü oğlu Kamran Beykəs oğlu Süleymanov yaşadıqları evin həyətində bıçaqlanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı K.Süleymanova qol nahiyyəsi və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, B.Süleymanova isə qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırmalara başlanılıb.(report)