Bakı 10˚C Cloudy

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə 21:12 25 dek, 2022
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmaz şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

Qazet.az-ın məlumatına görə, hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.

Belə ki, avtomobil rayonun Çinartala kənd sakini Vəlibəyov Arif Daşdəmir oğlunu vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib.

Onun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədərək ərazidən uzaqlaşan sürücünün kimliyi araşdırılır.