Bakı 26˚C Intermittent clouds

Xaçmazda bir ailə dəm qazından zəhərlənib

Hadisə 04:07 11 dek, 2022
Xaçmazda bir ailə dəm qazından zəhərlənib

Xaçmazın Arzu qəsəbəsində yaşayan bir ailənin beş üzvü dəm qazından zəhərlənib.

Qazet.az xəbər verir ki, 1967-ci il təvəllüdlü İsayev Eldar Polad oğlu, 1972-ci il təvəllüdlü İsayev Yasəmən Mahmud qızı,

1988-ci il təvəllüdlü Musazadə Ayşən Əbil qızı, 2019-cu il təvəllüdlü Musayev Ömər Polad oğlu və 2021-ci il təvəllüdlü Musayev Fateh Polad oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib, ailə üzvlərinin vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.