Xaçmazda zəncirvarı qəza - Ölən və yaralananlar var - VİDEO - FOTO
Hadisə
15:30 25 dek, 2021
Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az APA-ya istinadən bildirir ki, rayonun girişində baş verən qəzada 6 maşın toqquşub.
Qəza nəticəsində bir nəfər Bakı şəhər sakini Samir İskəndərov hadisə yerində ölüb. 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.