Bakı 6˚C Dreary

Xalq artisti Arif Babayev evdə müalicə alır

Gündəm 18:44 15 noy, 2021

“Özünü yaxşı hiss edir”

Xalq artisti Arif Babayev evdə müalicə alır

Xalq artisti Arif Babayev müalicəsini evə şəraitində davam etdirir.

Qazet.az xəbər verir ki, məlumatı Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır: "Hazırda ev şəraitində müalicəsi davam etdirilir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır".

Y.Babayev bildirib ki, Xalq artisti koronavirusdan qorunmaq üçün pandemiya qaydalarına riayət edir: "Qaydalara əməl etməklə, bəzən açıq havaya da çıxır, gəzir".

Qeyd edək ki, 83 yaşlı Xalq artisti Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alıb.