Bakı 1˚C Mostly cloudy

Xalq artisti koronavirusa görə reanimasiyaya yerləşdirilib

Gündəm 11:43 30 noy, 2021

Xalq artisti Eldost Bayram reanimasiyaya yerləşdirilib

Xalq artisti koronavirusa görə reanimasiyaya yerləşdirilib

Azərbaycanın Xalq artisti Eldost Bayramın səhhətində problemlər yaranıb.

Qazet.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə yazıblar.

Səsi ilə milyonların qəlbində özünə yer edən, sevilən xalq artisti Eldost Bayram 10 gündən artıqdır ki, COVİD-19-un amansız pəncəsindədir.

O, Zığ qəsəbəsindəki modul tipli xəstəxanana aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.