Xalq artisti Ramiz Novruz səhhəti barədə açıqlama verdi
Maraqlı
13:58 12 dek, 2021
Ciddi bir şey olsa belə, hər şey nəzarətdədir

Xalq artisti Ramiz Novruz səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qazet.az-ın məlumatına görə, o, APA-ya açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: "Ciddi bir şey olsa belə, hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.
Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam."