Bakı 18˚C Windy

Xankəndi ermənisi Azərbaycanın Müstəqillik Gününü təbrik edib

Gündəm 19:20 18 okt, 2021

Bu barədə deputatın köməkçisi özünün tvitter səhifəsində yazıb

Xankəndi ermənisi Azərbaycanın Müstəqillik Gününü təbrik edib

Xankəndidə yaşayan Qarabağ ermənisi ərazi üzrə Milli Məclisin deputatı Tural Gəncəliyevin köməkçisinə mesaj ünvanlayaraq Azərbaycanın Müstəqillik Günü münasibəti ilə onu təbrik edib.

Qazet.az xəbər verir ki, bu barədə deputatın köməkçisi özünün tvitter səhifəsində yazıb.

Paylaşımda deyilir : 

"Bu gün aldığım ilk təbrik mesajlarından birini Xankəndi şəhərinin erməni sakini göndərib.

Cavab olaraq, Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşları olduğunu vurğuladım və mesaja görə ona təşəkkür etdim."

Image