Xankəndidəki separatçılar tərk-silah edilir - Video
Gündəm
17:50 15 noy, 2022
Artıq bir müddətdir ki, rus sülhməramlıların məsuliyyət zonasındakı qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi prosesi gedir.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Ədalət” fraksiyasının deputatı Metakse Akopyan mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, əvvəlcə “zabit heyətində”, daha sonra “aşağı heyətdə” ixtisarlar aparıldı, indi isə növbə “hərbi tibb heyətinə” çatıb:
“Xocavənd rayonundakı hərbi hospital artıq bağlanıb, əməkdaşlarına isə heç bir izahat verilməyib. Eyni hal Xankəndi hospitalında da yaşanır. Hansısa proses gedir, yəqin ki, tərk-silah edilirlər”.