Xankəndidən Azərbaycan rəsm əsərləri ilə bağlı Bakıya təklif göndərildi
Xankəndidə yerləşən separatçı rejim nümayəndələri Bakıya təklif göndərib
Xankəndidə qərar tutan separatçı rejim Azərbaycan rəsmlərinin Şuşadakı muzeydə saxlanılan erməni, rus və fransız rəssamlarına məxsus əsərlərlə dəyişdirilməsini təklif edib.
Qazet.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat verib. Məlumata görə bu təklif Luzin Qaraxanyan tərəfindən səsləndirilib.
“Birinci Qarabağ müharibəsindən sonra 40-a yaxın azərbaycanlı rəssamın əsəri erməni tərəfində qalıb. İndi biz onları özümüzkülərlə dəyişdirməyi təklif etmişik, hələlik cavab almamışıq”, - Qaraxanyan bildirib.
Rəsmi Bakıya bu təklif Rusiya sülhməramlıları vasitəsilə edilib.
Qeyd edək ki, Azərbaycanın bu “təklifə” reaksiya verəcəyi gözlənilmir. Çünki Xankəndidəki separatçı-terrorçular “tərəf” deyil və Azərbaycan torpağındakı muzeylərdə saxlanılan hər şey Azərbaycanın əmlakıdır.