Bakı 17˚C Intermittent clouds

Xaricdə təhsil almaq istəyən tələbələrin nəzərinə: Prezident SƏRƏNCAM imzaladı

Cəmiyyət 14:00 28 fev, 2022

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir

Xaricdə təhsil almaq istəyən tələbələrin nəzərinə: Prezident SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Qazet.az bildirir ki, Təhsil Nazirliyi Sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.