Bakı 6˚C Dreary

“Xarici dövlət borcunun azaldılması qarşımıza məqsəd kimi qoyulub” - Maliyyə naziri

Biznes 16:09 11 noy, 2021

Samir Şərifov xarici dövlət borclarının ödənilməsindən danışıb

“Xarici dövlət borcunun azaldılması qarşımıza məqsəd kimi qoyulub” - <span style="color:red">Maliyyə naziri</span>

“Prezident hökumət, Maliyyə Nazirliyi qarşısında vəzifə qoyub ki, dövlət borcumuzu ümumdaxili məhsulun 10 faizi həcminə endirək. Bizim dövlət borcumuz yüksək deyil, Hesablama Palatası da bunu qeyd edir”.

Qazet.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, xarici dövlət borcunun ümumi borcda çəkisinin azaldılması, daxili borcun artırılması da qarşıya məqsəd kimi qoyulub: “Qiymətli kağızlar, istiqrazlar şəklində girovların yaradılması istiqamətində işlər gedir. 2018-ci ildə dövlət borcu barədə strategiya qəbul edilib, cari ildə bu strategiyanın yenilənməsi nəzərdə tutulur”.