Xarici işlər nazirləri arasında telefon danışığı baş tutub
Bugün İran İslam Respublikasının xarici işlər naziri ilə ingiltərəli həmkarı arasında telefon danışığı olub.
Bugün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə ingiltərəli həmkarı Liz Tras arasında telefon danışığı olub.
Qazet.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, Vyana danışıqları, konsulluq məsələləri və bir sıra regional mövzular barədə fikir mübadiləsi aparılıb.
İranın xarici işlər naziri xatırladıb ki, iki ölkə arasında ticari sazişlərin böyük bir hissəsi İranın nüvə proqramı ilə bağlı “5+1” formatındakı danışıqlardan sonra icra olunmayıb.
O, əlavə edib ki, iki ölkənin ticarət dövriyyəsinin artırılması və biznes əlaqələrinin asanlaşdırılması üçün Londonun addımlarını sürətləndirməsinə və mobilləşdirməsinə ehtiyac duyulur.
İngiltərənin xarici işlər naziri Liz Tras da öz növbəsində, əvvəlcə həmkarının korona xəstəliyindən tezliklə sağalmasını arzuladığını dilə gətirib, İranın nüvə proqramı ilə bağlı “5+1” formatında müştərək komissiyanın fəaliyyətə başlanma vaxtının açıqlanmasına sevindiyini bildirib. O, üç Avropa ölkəsinin müzakirələrə ciddi yanaşdığını və nailiyyət əldə etmək istədiklərini həmkarının diqqətinə çatdırıb.