Bakı -11˚C Rain and snow

Xavi əfsanəsi yenidən parlaya bilər - Barsa ilə razılıq əldə edilib

Gündəm 13:57 28 okt, 2021

41 yaşlı mütəxəssisin təyinatı milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra gerçəkləşəcək

Xavi əfsanəsi yenidən parlaya bilər - <span style="color:red">Barsa ilə razılıq əldə edilib</span>

Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xari Ernandes İspaniya "Barselona"sının sükanı arxasına keçəcək.

Qazet.az "RAC1" radiosuna istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin təyinatı milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra gerçəkləşəcək.

Onun Kataloniya təmsilçisində baş məşqçi kimi debütü "Espanyol"a qarşı La Liqanın XIV tur oyununda baş tutacaq.

Xavi bu vaxtadək Qətər təmsilçisinin qarşısındakı öhdəliklərdən azad olmalı və məşqçilər korpusu üzvlərinin yeni klubda maaşını razılaşdırmalıdır.

Qeyd edək ki, sabiq baş məşqçi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. "Barselona"nın yetirməsi olan Xavi 1997-2015-ci illərdə əsas komandanın formasını geyinib.

2015 - 2019-cu illərdə Qətərin "Əl-Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə baş məşqçi təyin olunub.