Bakı 23˚C Mostly sunny

Xavi Trinkaonu “Barselona”ya qaytarır

İdman 19:53 11 noy, 2021

"Barselona”nın yeni baş məşqçisi Fransisko Trinkaonu geri çağıracaq

Xavi Trinkaonu “Barselona”ya qaytarır

"Barselona”nın yeni baş məşqçisi Xavi icarə əsasında “Vulverhempton”da çıxış edən Fransisko Trinkaonu geri çağıracaq.

Qazet.az Matc.az-a istinadən xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xavi Trinkaonun oyunundan razıdır və onu komandaya qaytarmaq istəyir.

Bu yay icarə əsasında “Vulverhempton”a keçən 21 yaşlı hücumçu Portuqaliya yığmasına da dəvət alır.

Yeri gəlmişkən, “Barselona”nın idman direktoru Ramon Planes yaxın zamanda vəzifəsindən ayrılacaq. Klub rəhbərliyinin Planesin işindən narazı olduğu və onunla yolları ayıracağı iddia olunur. Baş məşqçi Xavi bu posta sabiq komanda yoldaşı Karles Puyolun gətirilməsini istəyir. Puyol da razılıq verəcəyi halda, klubun yeni idman direktoru o olacaq.