Bakı 26˚C Intermittent clouds

Xavidən “Barselona” ilə bağlı açıqlama verdi

İdman 14:42 29 okt, 2021

“Barselona”nın sabiq futbolçusu gəzən söz-söhbətlər haqqında açıqlama verib

Xavidən “Barselona” ilə bağlı açıqlama verdi

Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes "Barselona"nı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qazet.az "RMC Sport"a istinadən xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu bu haqda qısa olaraq deyib:

“Mən “Əl Sədd”də çalışıram. Bütün diqqətim işimdədir. Başqa bir şey haqda danışmayacağam”.

Qeyd edək ki, İspaniya mətbuatı Ronald Kumanın istefaya göndərilməsindən sonra "Barselona"nın Xavi ilə razılığa gəldiyini yazıb. İspaniya millisinin sabiq üzvü "Barselona"nın yetirməsidir. O, 17 il - 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb.

Mənbə