Bakı 21˚C Mostly cloudy

Xərçəngdən sağalan futbolçu oyuna çıxdı

İdman 03:00 11 yan, 2023
Xərçəngdən sağalan futbolçu oyuna çıxdı

Bir müddətdir xərçəng xəstəliyindən müalicə alan “Borussiya”nın (Dortmund)  futbolçusu Sebastyan Aller uzun fasilədən sonra meydana çıxıb.

Qazet.az xəbər verir ki, 28 yaşlı hücumçu "Fortuna" ilə bu gün keçirilən yoxlama matçında oynayıb. O, görüşün 74-cü dəqiqəsində meydana daxil olub. Matç Dordmund klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ötən ilin iyulunda xərçəng diaqnozu qoyulan Sebastyan Aller iki dəfə əməliyyat olunub.