Bakı 5˚C Dreary

Xərçəngdən sağaldı, məşqlərə başladı

İdman 15:30 03 yan, 2023
Xərçəngdən sağaldı, məşqlərə başladı

Xərçəng xəstəliyindən əziyyət çəkən futbolçu Sebastyan Aller sağalandan sonra Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə məşqlərə başlayıb.

Qazet.az xəbər verir ki, 28 yaşlı hücumçu uzun fasilədən sonra bu gün fərdi hazırlıq keçib.

Fil Dişi Sahili yığmasının forvardı tezliklə kollektivə qoşulmaq istədiyini açıqlayıb: “2022-ci il asan il olmadı. Lakin məni 2023-cü ilin təklif edəcəyi bütün yeni çağırışlarına hazırladı. Komandaya qoşulmaq üçün səbirsizlənirəm”.

Qeyd edək ki, ötən ilin iyulunda xərçəng diaqnozu qoyulan Sebastyan Aller iki dəfə əməliyyat olunub.