Bakı 14˚C Sunny

Xərclənə bilər neft gəlirləri anlayışı büdcə qanunvericiliyindən çıxarılır

Biznes 13:06 08 dek, 2021

Bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb

Xərclənə bilər neft gəlirləri anlayışı büdcə qanunvericiliyindən çıxarılır

Azərbaycanda xərclənə bilən neft gəlirləri – proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30%-i ilə icmal büdcənin neft gəlirləri arasında yaranan fərqin 20%-nin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə formalaşan məbləğ büdcə qanunvericiliyindən çıxarılır.

Qazet.az xəbər verir ki, bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, bu anlayışın qanunvericilikdən çıxarılması büdcə qaydasının yeni formada tənzimlənməsi ilə bağlı dəyişikliklərlə əlaqəlidir ki, bu baxımdan irad və təkliflər yoxdur.