Xəstəlikləri proqnozlaşdıran ağıllı döymə ixtira olundu
Maraqlı
15:35 07 avq, 2022
Belə ki, sözügedən elektron döymə bioelektrod funksiyasını yerinə yetirir
Cənubi Koreya alimləri sağlamlıq haqqında məlumat toplamağa imkan verən smart-tatu yaradıblar. Belə ki, sözügedən elektron döymə bioelektrod funksiyasını yerinə yetirir.
İnnovativ mürəkkəb elektrokardioqramma cihazı (EKQ) və ya digər biosensorla birləşdirilə bilər. Tatu pasiyentin ürəyinin yığılıb açılması və digər həyati vacib göstəricilər haqqında məlumatları ötürməyə qadirdir; bu məlumatlarla xəstəlikləri proqnozlaşdırmaq mümkündür.
O da vurğulanır ki, material sağlamlıq üçün təhlükəsizdir.