Xəstəxanada qanun pozuntusu AŞKARLANDI: "Yaşı 18-dən az olan"
"Qobustan rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi əmək hüquqlarını pozub.
Qazet.az xəbər verir ki, tibb müəssisəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi əsasında protokol tərtib olunaraq Qobustan Rayon Məhkəməsinə göndərib.
İşə hakim Natiq İsmayılovun sədrliyi ilə baxılacaq.
Həmin maddəyə görə, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.