Bakı 16˚C Dreary

Xəstəxanalarda tibbi xidmətlərə görə 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək

Cəmiyyət 17:02 03 noy, 2021

Bu, "Nağdsız hesablaşmalar haqqında" qanun təklif edilən dəyişiklikdə əksini tapıb

Xəstəxanalarda tibbi xidmətlərə görə 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək

Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.

Qazet.az-ın məlumatına görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanun təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.