Bakı 26˚C Intermittent clouds

Xəzər dənizi üzərində pilot huşunu itirdi

Gündəm 14:36 14 dek, 2022
Xəzər dənizi üzərində pilot huşunu itirdi

Mahaçqaladan Sankt-Peterburqa uçan Rusiya təyyarəsi pilotun huşunu itirməsi səbəbindən hava limanına qayıdıb. 

Qazet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təyyarə qalxandan az sonra ekipaj üzvü bir neçə dəqiqə huşsuz vəziyyətdə olub. 

"Flightradar24"ün məlumatına görə, təyyarə Xəzər dənizini keçib və sahil üzərində bir neçə dövrə vurub, daha sonra Mahaçqala hava limanına qayıdıb.

Yüksək hərarəti olan pilot yoluxucu xəstəliklər xəstəxanasına aparılıb, o, karantinə yerləşdirilib. Mahaçqalaya qayıtdıqdan beş saat sonra sərnişinləri olan təyyarə yenidən Sankt-Peterburqa uçub.