Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatıb
Cəmiyyət
19:37 07 yan, 2023
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 7-si saat 17:00-a olan məlumatına əsasən, Qubada, Gədəbəydə, Daşkəsəndə, Qusarda, Altıağacda, Xaltanda qar yağır.
Xidmətdən Qazet.az-a bildirilib ki, şimal-qərb küləyi əsib, sürəti Göyçayda 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki, Daşkəsəndə 18, Bakıda 17 metr/saniyə təşkil edib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatıb.