Bakı 14˚C Mostly sunny

Xəzər dənizində idman turniri keçiriləcək

İdman 13:50 06 yan, 2023
Xəzər dənizində idman turniri keçiriləcək

Yanvarın 7-də Xəzər dənizində avarçəkənlərin təlim qayıqlarında yarışları keçiriləcək.

Qazet.az xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında təşkil edəcək.

Federasiya Xəzərdə test yürüşlərini artıq uğurla başa vurub. “MİLAN EXPO”nun qarşısında olacaq tədbir zamanı Bakıda sakinlərlə ilk səyyar görüş də həyata keçiriləcək.

Qeyd edək ki, AKAF ölkənin bütün bölgələrində səyyar görüşlər təşkil etməyi nəzərdə tutub.