Xəzər dənizində zəlzələ olub - Məlumat
Gündəm
00:12 06 dek, 2021
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 19:25-də qeydə alınıb.

Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə qazet.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 19:25-də qeydə alınıb. Zəlzələ 3,2 maqnitudada baş verib, zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.