Bakı 32˚C Sunny

Xəzərdə batan balıqçılardan birinin meyiti tapılıb

Hadisə 10:05 30 iyl, 2022

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir

Xəzərdə batan balıqçılardan birinin meyiti tapılıb

İyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi tapılıb.

Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, onun meyiti bu gün səhər saatlarında batdığı yerdən, təxminən, 200 metr aralıda aşkarlanıb.

Mərhumun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Nazirlikdən qeyd olunub ki, əlavə məlumat veriləcək.