Bakı 23˚C Windy

Xəzərdə iri qaz yatağı tapıldı

Biznes 22:44 14 mar, 2022

"Xəzri" iri yataqlar qrupuna aiddir, ümumilikdə sərbəst qazın ilkin çıxarıla bilən ehtiyatları 48 mlrd. kubmetr, kondensatın isə 8,2 mln. ton təşkil edir.

Xəzərdə iri qaz yatağı tapıldı

"Lukoil-Nijnevoljskneft" MMC Xəzər dənizinin Rusiya sektorunda iri qaz yatağı kəşf edib.

Qazet.az bildirir ki,  "Rosnedra" yeraltı sərvətlərdən istifadə üzrə Federal Agentliyə istinadən xəbər verir.

Qeyd olunur ki, "Xəzri" adlana yataq Xəzər dənizinin orta hissəsinin Rusiya sektorunda, Mahaçqala şəhərindən 70 km aralıda yerləşir.

"Xəzri" iri yataqlar qrupuna aiddir, ümumilikdə sərbəst qazın ilkin çıxarıla bilən ehtiyatları 48 mlrd. kubmetr, kondensatın isə 8,2 mln. ton təşkil edir.

ria.ru