Bakı 7˚C Sunny

Xəzərdə skeleti tapılan şəxsin kimliyi məlum olub - RƏSMİ

Hadisə 13:00 09 dek, 2021

Faktı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər

Xəzərdə skeleti tapılan şəxsin kimliyi məlum olub - <span style="color:red">RƏSMİ</span>

Bir neçə gün əvvəl Xəzər dənizinin dərinliyindən tapılan insan skeletinin 6 il əvvəl “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza zamanı itkin düşən neftçilərdən birinə aid olduğu məlum olub.

Qazet.az xəbər verir ki, ekspertiza zamanı skeleti tapılan şəxsin 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov olduğu müəyyənləşib.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.