Bakı 2˚C Showers

Xəzərdə və Mingəçevirdə qanunsuz balıq ovlayanlar cəzalandırılıb

Cəmiyyət 19:45 19 okt, 2021

Faktla bağlı akt, protokol tərtib edilib

Xəzərdə və Mingəçevirdə qanunsuz balıq ovlayanlar cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Qazet.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Astara rayon sakinləri Rasim Şəfəqqətov, Xanlar Babayev, Xaçmaz rayon sakinləri Layiq Səbzəliyev, Ehtibar Bəşirov, Bakı şəhər sakini Taleh İsmayılov və Yevlax rayon sakini Şəhriyar Hüseynov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və 500 metrdən artıq sintetik tor yığışdırılıb.

“Faktla bağlı akt, protokol tərtib edilib və brakonyerlər ümumilikdə 4200 manat məbləğində cərimə olunub”.

B.Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Kəlbəcər rayon sakini Murğuz Mamedov, Astara şəhər sakini Namiq Əliyev, Bakı şəhər sakini Vilayət Əsgərov, Ağdaş rayon sakini Zimistan Hümmətov saxlanılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.