Xəzərdə zəlzələ oldu
Gündəm
01:45 17 okt, 2021
Xəzər dənizində zəlzələ olub

Yerli vaxtla saat 21:44-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Qazet.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar 3,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.