“Xiaomi“ şirkəti elektromobillər istehsal edəcək
Gündəm
19:36 29 noy, 2021
Çin şirkəti Pekində elektromobil zavodu qurmağa hazırlaşır

Smartfon istehsalçısı "Xiaomi" elektrik avtomobilləri istehsal etmək niyyətindədir.
Qazet.az xəbər verir ki, Çin şirkəti Pekində elektromobil zavodu qurmağa hazırlaşır.
İldə 300 min elektrik avtomobilinin istehsal ediləcəyi zavod 2024-cü ildə tam gücü ilə işə düşəcək.
"Xiaomi", elektrikli avtomobil sektoruna 10 milyard dollar sərmayə qoyacağını açıqlayıb.