Xilasedicilər “möcüzələr”ə ümid edirlər - Video
Fəlakətdən iki gün sonra itkin düşənlərin sağ tapılmasına ümidlərinin azaldığını söyləyib
ABŞ-ın altı qərb ştatında xilasedicilər onlarla insanın ölümünə, ev və iş yerlərinin dağılmasına səbəb olan silsilə tornadodan sonra sağ qalanları axtarırlar.
Qazet.az xəbər verir ki, bazar günü səlahiyyətlilər, fəlakətdən iki gün sonra itkin düşənlərin sağ tapılmasına ümidlərinin azaldığını söyləyib.
Kentukki ştatının kiçik Mayfild şəhərində şam fabrikini, yanğınsöndürmə və polis məntəqələrini dağıdıb.
Kentukki qubernatoru Andy Beshear bazar günü axşam jurnalistlərə bildirib ki, onun əyalətində ən azı 80 nəfər ölüb və ölənlərin sayının 100-ü keçəcəyi güman edilir. Lakin o da, hər kəs kimi, hadisədən 24 saatdan çox vaxt keçməsinə baxmayaraq, "möcüzələrə" ümid bəslədiyini, dağıntılar altından insanların sağ çıxarılacağına inandığını bildirib.
"Mayfield Consumer Products" şirkətinin sözçüsü Bob Ferqyuson bildirib ki, şam fabrikində olan 110 nəfərdən səkkizinin öldüyü təsdiqlənib: "Digər səkkiz nəfərin yeri isə müəyyən edilməyib. İtkimiz ağırdır, amma itkin düşənlərin sayı ilkim məlumatlarda göstərilənlərdən azdır. Fabrikdə 70-ə qədər insanın ölə biləcəyi ilə bağlı bəzi ilkin məlumatlar var idi. Biz Allaha şükür edirik ki, bu say çox azdır”, - deyə Ferqyuson bildirib.