Bakı 6˚C Sunny

XİN açıqlama yaydı

Siyasət 15:47 19 dek, 2022
XİN açıqlama yaydı

Blokada ilə bağlı dezinformasiyanın əksinə olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O bildirib ki, belə hallar gün ərzində bir neçə dəfə təkrarlanır.

“Blokada ilə bağlı iddialar yalandır”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə ermənilərə məxsus təcili tibbi yardım maşınının Laçın-Xankəndi yolundan hərəkət etməsi üçün şərait yaradılıb. Bu gün BQXK 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.

Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.