XİN başçıları Qazaxıstana görə toplandı
Siyasət
14:14 11 yan, 2022
Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı başlayıb.
Qazet.az xəbər verir ki, iclas videokonfrans formatında keçirilir.
Türkiyə XİN başçısının sədrliyi ilə keçirilən toplantının əsas mövzusu Qazaxıstandakı böhran durumudur. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Əvvəlcə Qazaxıstanda baş verən iğtişaşlarda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.