XİN başçılarının üçtərəfli görüşü olacaq
Gündəm
15:37 03 yan, 2023
Türkiyə, Rusiya və Suriya xarici işlər nazirlərinin görüşü yanvar ayının ikinci yarısında baş tutacaq.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Qeyd edək ki, 2022-ci il dekabrın 28-də Türkiyənin Milli Müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada suriyalı və rusiyalı həmkarları ilə görüşüb.