Bakı 6˚C Intermittent clouds

XİN başçısı: "Azərbaycanla Xorvatiya arasında ticarət sahəsində rəqəmlər kifayət qədər böyükdür"

Siyasət 15:00 20 okt, 2021

Xorvatiya Azərbaycanla ən geniş əməkdaşlıq edən 10 ölkə sırasında yer alır

XİN başçısı: "Azərbaycanla Xorvatiya arasında ticarət sahəsində rəqəmlər kifayət qədər böyükdür"

"Ölkələrimiz arasında iqtisadi əlaqələr xüsusi yer tutur. Xorvatiyadan aparıcı şirkətlərin nümayəndələri Bakıda keçirilən biznes forumda iştirak edəcəklər. İki ölkə arasında ticarət baxımdan rəqəmlər kifayət qədər böyükdür".

Qazet.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç Radmanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir deyib ki, Xorvatiya ticarət baxımından Azərbaycanla ən geniş əməkdaşlıq edən 10 ölkə sırasında yer alır: "Qarşılıqlı şəkildə həyata keçirilən ali və yüksək səviyyəli səfərlər əlaqələrmizi möhkəmləndirir. Münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələr də mühüm əhəmiyyətə malikdir".